Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi: Rusiya ABŞ-ın yaxın gələcəkdə "Mariner" gəmisindən rusları azad edəcəyini gözləyir
Tarix: 22-01-2026 17:55 | Bölmə: Siyasət

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ tərəfinin "Mariner" tankerindən hər ikisi Rusiya vətəndaşı olan iki dənizçinin azad edilməsinin gecikməsi çaşdırıcı və məyusedicidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatın əlavə etdiyinə görə, Moskva onların tezliklə vətənə qayıda biləcəklərinə ümid edir.
Zaxarova brifinqdə bildirib: "Bu vacib və təcili məsələnin həllində uzun müddət davam edən fasilə ilə bağlı çaşqınlığımızı və məyusluğumuzu bildiririk və ümid edirik ki, bu, çox yaxın gələcəkdə baş verəcək".
7 yanvarda ABŞ-ın Avropa Komandanlığı ABŞ Federal Məhkəməsinin qərarı əsasında Şimali Atlantik Okeanında Mariner tankerinin ələ keçirilməsi barədə məlumat verib.
Əldə olan məlumata görə, gəminin heyəti 17 Ukrayna vətəndaşı, altı Gürcüstan vətəndaşı, üç Hindistan vətəndaşı və iki Rusiya vətəndaşı da daxil olmaqla 28 nəfərdən ibarətdir. Rusiya Xarici İşlər Nazirliyi vəziyyəti izlədiyini bildirib. Rusiya vətəndaşlarının gəmidə olması ilə bağlı məlumata cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyi ABŞ-dan Rusiya vətəndaşlarının hüquq və mənafelərinə hörmət etməsini və onların vətənə qayıtmasına mane olmamasını tələb edib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər