12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
AFP: Tixanovskaya komandası ilə birlikdə Litvadan Polşaya köçməyi planlaşdırır
Tarix: 17-01-2026 22:37 | Bölmə: Siyasət

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya komandası ilə birlikdə Litvadan Polşaya köçməyi planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, siyasətçinin qərarı Litva hakimiyyətinin Tixanovskayanın fiziki təhlükəsizliyinin səviyyəsini aşağı salması ilə bağlıdır.
Nəşr bildirir ki, "2020-ci ildən Vilnüsdə yaşayan Svetlana Tixanovskaya Litvanı və komandasını tərk edərək Polşaya gedəcək".
Ötən ilin oktyabr ayında Litva siyasətçinin təhlükəsizliyi ölkəyə ildə təxminən 1 milyon avroya başa gəldiyindən Tixanovskayanın təhlükəsizliyinin səviyyəsini aşağı salmaq qərarına gəlib.Bundan sonra Tixanovskayanın Litva ofisi fəaliyyətini dayandırıb.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər
23-02-2026, 20:07 Medvedev Kim Çen Inı