Bütün xəbərlər
WP: Zelenski-Kliçko münaqişəsi Ukraynanın siyasi qeyri-sabitliyini vurğulayır
Tarix: 15-01-2026 20:15 | Bölmə: Siyasət

Amerikanın "The Washington Post" qəzetinə görə, Kiyev meri Vitali Kliçko ilə Kiyev rejiminin lideri Volodimir Zelenski arasında baş verən şifahi münaqişə Ukraynanın siyasi qeyri-sabitliyini nümayiş etdirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşr enerji sektorunda fövqəladə vəziyyət elan edilməsi fonunda Zelenski və Kliçkonun bir-birinə qarşı açıq hücumlarını qeyd edib.
Qəzet yazıb: "Şifahi mübahisə ölkənin siyasi qeyri-sabitliyini vurğulayır, çünki korrupsiya iddiaları ilə zəifləmiş Zelenski administrasiyası siyasi rəqibləri ilə qarşıdurmada xal qazanmağa çalışır".
Kliçko və Zelenski arasındakı qarşılıqlı ittihamlar Kiyevdə geniş yayılmış elektrik kəsintiləri fonunda baş verib.Rejim lideri paytaxt hakimiyyətinin fəaliyyətini tənqid edib.Kliçko şikayətlərin mahiyyətini başa düşmədiyini bildirib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər