12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
Sandu Moldovanın Rumıniya ilə birləşməsini dəstəkləməyə hazır olduğunu bildirib
Tarix: 12-01-2026 20:02 | Bölmə: Siyasət

Moldova prezidenti Maya Sandu referendum keçiriləcəyi təqdirdə respublikanın Rumıniya ilə birləşməsinə səs verəcəyini bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moldova lideri bu açıqlamanı The Rest is Politics: Leading podkastında verib.
Onun sözlərinə görə, hazırda kiçik dövlətlərin "demokratik, suveren dövlətlər kimi yaşaması" getdikcə çətinləşir.
"Əgər referendum keçirsəydik, mən Moldovanın Rumıniya ilə birləşməsinə səs verərdim", Sandu deyib.
O əlavə edib ki, belə birləşmə "Rusiyaya qarşı durmaq" üçün də lazımdır.
Ötən ilin sentyabr ayında Rusiya Xarici Kəşfiyyat Xidməti Avropa ölkələrinin Moldovanı nəyin bahasına olursa olsun rusofob siyasəti ilə davam etdirmək üçün işğal etməyə hazırlaşdığını bildirib.SVR-in məlumatına görə, Moldova sərhədi yaxınlığındakı Rumıniyada Şimali Atlantika Alyansı ölkələrinin bölmələrinin sayı hazırda artır.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər
23-02-2026, 20:07 Medvedev Kim Çen Inı