12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
Generalın müavini təqaüdə göndərildi - Yeni təyinat
Tarix: 09-01-2026 19:21 | Bölmə: Siyasət

              generalin-muavini-teqaude-gonderildi



Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni rəis müavini təyin edilib.
“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə polkovnik-leytenant Tamerlan Allahverdiyev Akademiyanın rəis müavini təyin olunub.
Nazirin digər Əmri ilə uzun illər Akademiya rəisinin müavini vəzifəsində çalışmış polkovnik Aslan Hüseynov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Qeyd edək ki, yeni təyin olunan rəis müavini Tamerlan Allahverdiyev bundan əvvəl FHN-in Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şöbə müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayevdir.



Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər
23-02-2026, 20:07 Medvedev Kim Çen Inı