Bütün xəbərlər
Rubio ABŞ-ın Venesuela üçün gələcək planlarını açıqladı
Tarix: 07-01-2026 22:43 | Bölmə: Siyasət

ABŞ Dövlət Katibi Marko Rubio ABŞ-ın Venesuela üçün gələcək planlarını açıqladı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ikinci mərhələ Latın Amerikası ölkəsində iqtisadi dirçəlişi əhatə edəcək və Amerika bizneslərinin ona çıxışı olacaq.
Rubio bu açıqlamanı jurnalistlərə üç mərhələli ABŞ planını açıqlayaraq verdi.
"İkinci mərhələ bizim dirçəliş adlandırdığımız mərhələ olacaq. Bu, Amerika, Qərb və digər şirkətlərin Venesuela bazarına ədalətli çıxışının təmin edilməsini nəzərdə tutur", - deyə, ABŞ Dövlət Katibi qeyd etdi.
Rubioya görə, ABŞ-ın Venesuela üçün planının üçüncü mərhələsi sonuncu olacaq.
"Və bundan sonra, əlbəttə ki, üçüncü mərhələ gəlir: (hakimiyyətin - red.) keçidi", - Rubio bildirdi.
7 yanvarda ABŞ Energetika Nazirliyi Venesuela neftinin qlobal bazarda satışına başlandığını elan etdi. Qeyd olunub ki, bu addım ABŞ, Venesuela və onun müttəfiqlərinin maraqları naminə atılıb. Bundan əlavə, bəyanata görə, Venesuela xam nefti və neft məhsullarının satışından əldə edilən bütün gəlirlər ABŞ-ın nəzarətində olan hesablara köçürüləcək.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər