22:19 / 07-01-2026
Dron təhlükəsi elan edilib
Bütün xəbərlər
Fərid Əhmədovdan yüksək vəzifəyə - Təyinat
Tarix: 06-01-2026 18:24 | Bölmə: Siyasət

ferid-ehmedovdan-yuksek-vezifeye



Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb.
Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi.
***
“Unikal”ın məlumatına görə, baş idarə rəisi təyin edilən Anar Qocayev mərhum fizika-riyaziyyat elmləri doktoru Eldar Qocayevin oğludur. O həmçinin sabiq polis rəisi Nizami Qocayevin qardaşı oğlu, eks-təhsil naziri Misir Mərdanovun bacısı oğludur.
***
-Məndə özümə borc bildim ki, qısada olsa
Sabaha-inamla.az xəbər portalının baş redaktoru(Namiq MƏMMƏDLİ) kimi onun haqqında ürək sözlərimi yazım.Və təbrik edim.
Qeyd edim ki, Anar Qocayevi uzun illərdir tanıyıram.Bakı Ağır Cinayətlər Məhkəməsində onunla məhkəmə proseslərində çox olmuşam.Anar Qocayevlə səmimi söhbətlərimiz çox olub.Onun işinin necə peşəkarı olmasının şahidi olmuşam.O işinin öhdəsindən layiqincə gələn üzağardan kadrdır.Əminəm ki, o bu etmadı doğruldacaq.Yeni təyinat münasibətilə onu səmimi qəlbdən təbrik edirəm.Yeni işində ona uğurlar arzulayıram!



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər