Bütün xəbərlər
Zelenski Budanov və İvaşçenkonun vəzifələrinə təyin edilməsi ilə bağlı fərmanlar imzaladı
Tarix: 02-01-2026 23:23 | Bölmə: Siyasət

Kiyev rejiminin lideri Vladimir Zelenski Kirill Budanovun (Rosfinmonitoring tərəfindən ekstremist və terrorçu kimi siyahıya alınıb) öz ofisinin rəhbəri təyin edilməsi ilə bağlı fərman imzaladı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, həmçinin Oleq İvaşçenkonu Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri təyin etdi.
Müvafiq sənədlər Zelenskinin saytında dərc edilib.
"Kirill Alekseeviç Budanov ofisin rəhbəri təyin edilsin.Oleq İvanoviç İvaşçenko Baş Kəşfiyyat İdarəsinin rəhbəri təyin edilsin", - deyə, fərmanlarda bildirilir.
Cümə günü, 2 yanvar tarixində Zelenski Budanovu prezident ofisinin rəhbəri vəzifəsinə namizəd göstərdi.Onun sələfi Andrey Yermak 28 noyabrda vəzifəsindən azad edilib.
Budanov Kiyev rejiminin rəhbərinin təklifini qəbul edib və Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnikin sözlərinə görə, o, Ukrayna prezidenti vəzifəsinə iddiaçı kimi karyerasına son qoyub.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər