19:13 / 29-12-2025
QIZIL ALMA
Bütün xəbərlər
Zelenski iddia edir ki, ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsini Trampla müzakirə edib
Tarix: 30-12-2025 23:09 | Bölmə: Siyasət

Kiyev rejiminin lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla Ukraynada Amerika sülhməramlılarının yerləşdirilməsi məsələsini müzakirə etdiyini bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu açıqlamanı yerli televiziya kanalında verib.
Zelenski ABŞ qoşunlarının Ukraynada mövcudluğunu təhlükəsizlik zəmanətləri baxımından güclü bir üstünlük hesab edir.
"Bunlar ABŞ qoşunlarıdır və buna görə də bu cür qərarları verən Amerikadır. Əlbəttə ki, biz bunu Prezident Tramp və "könüllülər koalisiyası"nın nümayəndələri ilə müzakirə edirik. Biz bunu istərdik", - deyə, Zelenski bildirib.
Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukraynada xarici hərbi kontingentin yerləşdirilməsi məsələsinə qətiyyətlə cavab verəcəyini vurğulayıb.Rusiya Xarici İşlər Nazirliyi regionda üçüncü tərəf qoşunlarının mövcudluğunu qəbuledilməz adlandırıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər