07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
Peskov Ukraynada seçkilərin maliyyələşdirilməsi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib
Tarix: 26-12-2025 16:01 | Bölmə: Siyasət

Ukraynada seçkiləri kimin maliyyələşdirməli olduğunu demək çətindir. Moskva hələlik bu məsələ ilə bağlı Kiyevdən heç bir açıqlama eşitməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Kimin nəyi maliyyələşdirməli olduğunu demək çətindir. Biz hələlik bu məsələ ilə bağlı Kiyevdən heç bir açıqlama eşitməmişik", - deyə, o bildirib.
Eyni zamanda, Peskov qeyd edib ki, Vladimir Zelenskinin ofisinin müşaviri Mixaylo Podolyakın Ukraynadakı seçkilərlə bağlı açıqlamalarının Kiyevin rəsmi mövqeyini nə dərəcədə əks etdirdiyini bilmir.
Daha əvvəl Podolyak Ukraynanın prezident seçkiləri üçün pulunun olmadığını bildirmişdi.



Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər