Bütün xəbərlər
Zelenski Yeni ildən əvvəl Trampla görüşmək niyyətini təsdiqlədi
Tarix: 26-12-2025 13:00 | Bölmə: Siyasət

Kiyevin Baş naziri Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla daha bir görüş elan etdi. Səfərin Yeni ildən əvvəl baş tutması planlaşdırılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu görüş "çox şeyi həll edə bilər".
Zelenski özünün Telegram kanalında yazıb: "Yaxın gələcəkdə Prezident Trampla ən yüksək səviyyədə görüş barədə razılığa gəldik".
Bundan əlavə, Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov və Amerika tərəfi arasında əlaqələrin olduğunu açıqlayıb.
Ukrayna mediası əvvəllər Zelenskinin Trampla görüşmək üçün səfəri barədə məlumat vermişdi.Danışıqların Florida ştatındakı Mar-a-Laqoda keçiriləcəyi dəqiqləşdirilib.Səfər üçün ilkin tarix 28 dekabr idi.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər