Bütün xəbərlər
Kreml: Dmitriyev ABŞ ilə danışıqlarının nəticələri barədə Putinə hesabat verdi
Tarix: 24-12-2025 14:54 | Bölmə: Siyasət

Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev Mayamidə ABŞ ilə danışıqlarının nəticələri barədə Rusiya Prezidenti Vladimir Putinə hesabat verdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Dmitriyev artıq səfərinin nəticələri barədə bütün detalları ilə Prezidentə hesabat vermək imkanı əldə edib", - deyə, Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi indi danışıqların nəticələri ilə bağlı mövqeyini formalaşdırmaq və yaxın gələcəkdə hazırda fəaliyyətdə olan mövcud kanallar vasitəsilə gələcək əlaqələri davam etdirmək niyyətindədir.
20 dekabrda Dmitriyev ABŞ-a gəlib.O, hava limanından birbaşa Amerika nümayəndələri ilə görüşə gedib. Danışıqların ikinci gününün sonunda Dmitriyev qeyd edib ki, müharibəni qızışdıranlar onları poza bilməyiblər. RDIF rəhbəri həmçinin Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı növbəti danışıqların Moskvada keçirilə biləcəyinə işarə edib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər