07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
Trampla telefon danışığında Tokayev Ukraynadakı münaqişə tərəflərini çevikliyə çağırdı
Tarix: 23-12-2025 19:13 | Bölmə: Siyasət

ABŞ Prezidenti Donald Trampla telefon danışığında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukrayna münaqişəsinin həllinin mürəkkəbliyini qeyd edərək, Qazaxıstanın bütün tərəfləri səbirli və çevik olmağa çağırdığını vurğuladı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, Tokayev Trampla uzun bir telefon danışığı aparıb.
Xüsusilə Ukraynadakı münaqişənin həlli mövzusu müzakirə olunub.
Bəyanatda deyilir: "...Qazaxıstan bütün tərəfləri səbir, çeviklik, peşəkarlıq nümayiş etdirməyə və sülh formulu axtarışını davam etdirməyə çağırır".
Tokayev qeyd edib ki, Qazaxıstan vasitəçi olmasa da, "xoşməramlılıq ruhunda" danışıqlar platforması təqdim etməyə hazırdır.
Qazaxıstan lideri Ukraynadakı münaqişənin həllinin mürəkkəbliyini vurğulayıb. Onun sözlərinə görə, ərazi məsələsi həlldə dominant amildir. Tokayev "meydandakı real vəziyyəti nəzərə alaraq" hər iki tərəfin güzəştə getməsinin vacibliyini vurğulayıb.
Bazar ertəsi günü Tokayev Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər