07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
Lavrov UNESCO İcraiyyə Şurasının Rusiya əleyhinə qərarını ikili standart adlandırdı
Tarix: 23-12-2025 13:58 | Bölmə: Siyasət

UNESCO İcraiyyə Şurasının Krım və Ukrayna ilə bağlı verdiyi Rusiya əleyhinə qərarlar təşkilatın ikili standartlarının təzahürüdür.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu Rusiya Federasiyasının UNESCO üzrə Komissiyasının iclasında bildirib.
O, Rusiyanın Qərbin hərəkətləri səbəbindən bu dəfə iştirak etmədiyi UNESCO İcraiyyə Şurasına növbəti seçkilərdə mütləq iştirak edəcəyini vurğulayıb.
"İkili standartlar göz qabağındadır və bunlar, digər şeylərlə yanaşı, (UNESCO) İcraiyyə Şurasının Krım və Ukrayna ilə bağlı Rusiya əleyhinə qərarlar qəbul etməsi ilə də açıq şəkildə nümayiş olunur. Bu qərarlar bu təşkilatın mandatından çox kənara çıxır", - deyə, Lavrov bildirib.
Eyni zamanda, Rusiya xarici işlər naziri ümid etdiyini bildirib ki, UNESCO-nun yeni baş direktoru Xalid Əl-Ənaninin sələfi Odri Azuleyin səhvlərini düzəltmək üçün aldığı etimaddan istifadə edəcək.



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər