22:08 / 21-12-2025
Avtomobil yanıb
Bütün xəbərlər
Putin və Piotrovski Paşinyana Aleksandr Sütununun xüsusiyyətləri barədə məlumat veriblər
Tarix: 22-12-2025 18:03 | Bölmə: Siyasət

Rusiya lideri Vladimir Putin və Ermitaj direktoru Mixail Piotrovski muzey turu zamanı Ermənistanın Baş naziri Nikol Paşinyana Aleksandr Sütununun xüsusiyyətləri barədə məlumat veriblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tur Rusiya prezidenti tərəfindən Sankt-Peterburqa səfər edən MDB ölkələrinin liderləri üçün təşkil edilib. Putin özü həmkarlarına Ermitajdakı muzey haqqında məlumat verib.
"(Aleksandr Sütunu – red.) öz ağırlığı altında dayanır... O, heç bir şəkildə bərkidilməyib", - deyə, Putin bildirib.
Piotrovski öz növbəsində izah edib ki, bu səbəbdən hərbi paradlar zamanı Saray Meydanında tanklardan istifadə edilməyib və hazırda nəqliyyat vasitələrinin yerin silkələnməsinin qarşısını almaq üçün rezin yastıqlardan istifadə olunur.
Liderlər 21 dekabr bazar günü Sankt-Peterburqa gəliblər. Bu gün Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib və 22 dekabrda qeyri-rəsmi MDB sammiti keçiriləcək.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər