Bütün xəbərlər
WSJ: Vitkoffa Putinlə ilk görüşündən əvvəl xüsusi şərt qoyulub
Tarix: 20-12-2025 19:03 | Bölmə: Siyasət

"The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ Prezidentinin elçisi Stiven Vitkoff Moskvaya ilk səfərindən əvvəl Rusiya tərəfindən qeyri-adi bir şərt qoyulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin mənbəyi Vitkoffun Rusiyaya ilk səfərinin necə təşkil olunduğunu izah edib. Təklifi Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru və Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev irəli sürüb.
WSJ xəbər verir ki, Moskva bu mesajı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl Səud vasitəsilə çatdırıb.
"Dəvətnamə Məhəmməd bin Salmandan vasitəçi kimi istifadə edən Kirill Dmitriyevdən gəlib. Yalnız bir məqam var idi: Vitkoffun təkbaşına, heç bir MKİ agenti, diplomat və hətta tərcüməçi olmadan gəlməsi gözlənilirdi", - deyə, nəşr bildirir.
ABŞ Prezidentinin xüsusi elçisi Rusiya Prezidenti Vladimir Putinlə artıq altı dəfə görüşüb.Əvvəlki səfər dekabrın 2-də baş tutub.Görüş beş saat davam edib.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər