Bütün xəbərlər
Zelenski səhvən Polşa Prezidenti Navrotskini "Karl" adlandırdı
Tarix: 19-12-2025 18:12 | Bölmə: Siyasət

Volodimir Zelenski cümə günü Polşaya səfəri zamanı Polşa Prezidenti Karol Navrotskinin adını səhv salıb və onu "Karl" adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zelenski cümə günü Varşavada mətbuata açıqlama verib.
"Biz bu gün Karol ilə bunu müzakirə etdik", - deyə, Zelenski Navrotski ilə danışıqlarının əsas mövzularına toxunaraq bildirib. Onun sözləri RİA Novosti tərəfindən sitat gətirilib.
Karl və Karol eyni adlı fərqli formalardır, lakin Karol forması Şərqi Avropada geniş yayılmışdır.
Zelenski cümə axşamı Polşaya gəlib. Varşavaya rəsmi səfəri zamanı o, Navrotski ilə görüşüb və həmçinin ölkə parlamentini ziyarət etməyi planlaşdırıb.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər