17:45 / 08-06-2026
Çayda bir kişi boğuldu
09:45 / 08-06-2026
Morqda yanğın baş verib
Bütün xəbərlər
Netanyahunun bəyanatı Türkiyəni qəzəbləndirdi
Tarix: 07-04-2019 20:06 | Bölmə: Siyasət



Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsrail baş naziri Binyamin Netanyahunun son bəyanatını tənqid edib. 
TASS xəbər verir ki, Çavuşoğlu özünün “Twitter” səhifəsində Netanyahunun İordan çayının qərb sahilindəki yəhudi məskənlərini İsrail suverenliyinin əhatəsinə daxil etmək vədinə münasibət bildirib. 
“İordan çayının Qərb sahili İsrail tərəfindən beynəlxalq hüquq normaları pozulmaqla, işğal olunmuş Fələstin torpağıdır. Netanyahunun İsraildə seçkilərdə əlavə səs qazandırmaq məqsədi daşıyan məsuliyyətsiz bəyanatı bu faktı dəyişə bilməz”, - deyə Çavuşoğlu vurğulayıb.



Baxış sayı: 770


Bölməyə aid digər xəbərlər