Bütün xəbərlər
Politico: "Ukrayna ərazi məsələsi AB ilə Tramp arasında qarşıdurmaya səbəb olub"
Tarix: 15-12-2025 12:00 | Bölmə: Siyasət

Ukraynadakı münaqişənin həlli üçün sülh planındakı ərazi məsələsi AB liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında qarşıdurmaya səbəb olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Politico" bu barədə məsələ ilə tanış olan mənbəyə istinadən məlumat verir.
Mənbə qeyd edib ki, ərazi məsələsi sülh prosesində "xüsusilə mürəkkəbdir".
Məqalədə deyilir: "ABŞ, Avropanın sərt etirazlarına baxmayaraq, ərazi güzəştlərində israr edir ki, bu da Tramp administrasiyası ilə qarşıdurma yaradır".
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ukraynadakı sülh prosesində öz oyununu oynayan Avropaya deyil, amerikalı həmkarlarına diqqət yetirir.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər