19:28 / 02-12-2025
Moqerini saxlanıldı
Bütün xəbərlər
Vitkov və Kuşner Putinlə görüşmək üçün Kremlə gəliblər
Tarix: 02-12-2025 19:05 | Bölmə: Siyasət

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkov və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin müşayiəti ilə Kremlə gəliblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İzvestiya Dmitriyev və Vitkovun Kremlə gəlişinin görüntülərini dərc edib.
Daha sonra TASS xəbər agentliyi Kirill Dmitriyevin ABŞ Xüsusi Elçisi ilə görüşmək üçün Vnukovo Hava Limanına gəldiyini bildirib.
Rusiya Prezidenti Vladimir Putin də dekabrın 2-də Vitkovla görüşəcək.
Vitkovun səfəri 2025-ci ildə onun altıncı səfəridir. Rusiya lideri ilə görüşdə onun Vaşinqtonun Ukraynada nizamlanma ilə bağlı təkliflərini təqdim etməsi gözlənilir.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər