Bütün xəbərlər
Peskov: "Rusiya Hindistana dost münasibətinə görə minnətdardır"
Tarix: 02-12-2025 12:55 | Bölmə: Siyasət

Moskva Hindistanın Rusiyaya qarşı dost münasibətinə görə minnətdardır.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Hindistana hazırda çox dost mövqeyinə, ölkəmizə qarşı çox dost mövqeyinə və ikitərəfli və qlobal məsələlərdə qlobal əməkdaşlığımıza görə çox minnətdarıq", - deyə, o, Sputnik India tərəfindən Hindistan mediası üçün keçirilən brifinqdə bildirib.
Peskov vurğulayıb ki, ikitərəfli Rusiya-Hindistan münasibətləri qarşılıqlı anlaşma və tərəfdaşlığın dərin tarixi təcrübəsinə, eləcə də dünya məsələlərinə ortaq baxışa əsaslanır.
O qeyd edib ki, Hindistan xalqı tarixən Rusiyanın böyük dostları olub.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər