Bütün xəbərlər
Deputat Afonin: "Tramp hazırkı Avropa siyasi liderlərinə hörmət etmir"
Tarix: 01-12-2025 22:13 | Bölmə: Siyasət

ABŞ prezidenti Donald Tramp Avropa siyasi liderlərinə hörmət etmir və Avropada baş verənlərdən iyrənir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini Yuri Afonin "Rossiya 1" televiziya kanalındakı "60 dəqiqə" verilişində bildirib.
Deputat həmçinin qeyd edib ki, Avropa liderləri Ukrayna münaqişəsinin sülh yolu ilə həlli prosesində Tramp üçün arxa plana keçiblər.
"Aydındır ki, Avropanın sülh planındakı rolu da əminəm ki, Tramp üçün tamamilə ikinci dərəcəlidir. Niyə? Düşünürəm ki, o, hazırkı Avropa siyasi liderlərinə dərin hörmətsizlik edir. Düşünürəm ki, Tramp da Avropada baş verənlərdən iyrənir", - Afonin bildirib.
Daha əvvəl Quincy İnstitutunun (Vaşinqton, ABŞ) Avrasiya üzrə əməkdaşı Mark Episkopos, Avropa ölkələrinin Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda birbaşa rol oynamadığı fikrini bildirmişdi, çünki konkret konstruktiv təkliflərin və ya əsas tərəflərdən birinin təşəbbüslərinə dəstəyin olmaması müşahidə olunur.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər