Bütün xəbərlər
Türkiyədə bələdiyyə seçkilərinin nəticələri ilə bağlı son sözü MSK deyəcək - Ərdoğan
Tarix: 05-04-2019 19:37 | Bölmə: Siyasət



Ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə bağlı son sözü Mərkəzi Seçki Komissiyası deyəcək.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı həmçinin əlavə edib ki, hər bir siyasi partiya seçkilərin nəticələrinə etiraz etmək hüququna malikdir.
Qeyd edək ki, AKP İstanbulun bütün 39 rayonunda bələdiyyə seçkilərinin nəticələrinə etiraz edib.
Xatırladaq ki, bundan əvvəl hakim partiyanın İstanbul bölməsinin rəhbəri Bayram Şenocak İstanbulda seçkilərin nəticələrinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu bəyan edib.
Ə.İmamoğlu seçkilərdə 4,159 milyon, AKP-nin namizədi Binəli Yıldırım isə 4,131 səs qazanıb.



Baxış sayı: 562


Bölməyə aid digər xəbərlər