Bütün xəbərlər
"Reuters": "Orban 28 noyabrda Moskvada Putinlə görüşməyi gözləyir"
Tarix: 28-11-2025 09:43 | Bölmə: Siyasət

"Reuters" xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban 28 noyabr cümə günü Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi gözlədiyini bildirib.
Agentliyin məlumatına görə, Orbanın Putinlə görüşünün məqsədi neft və qaz tədarükünün təmin edilməsidir.
"Orban cümə günü Moskvada Putinlə görüşəcəyini bildirib", - deyə, məlumatda bildirilir.
Bir müddət əvvəl Macarıstan mediası Orbanın Putinlə görüşmək üçün Moskvaya uçduğunu bildirmişdi. Görüşü şərh edən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Kremlin onları mümkün əlaqələr barədə məlumatlandıracağını bildirib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər
17-11-2025, 14:51 Tarixin dönüş nöqtəsi