19:16 / 25-11-2025
Prezident Fərman imzaladı
Bütün xəbərlər
Ermənistan Parlamentinin sədri ölkənin artıq de-fakto KTMT-dən çıxdığını bildirib
Tarix: 26-11-2025 19:37 | Bölmə: Siyasət

Ermənistan artıq de-fakto Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin sədri Alen Simonyan bildirib.
Jurnalistlərin ölkənin təşkilatdan rəsmi olaraq çıxmamasının səbəbləri ilə bağlı suallarını cavablandırarkən o, de-fakto çıxmanın artıq baş verdiyini və qalan detalları siyasi məqsədəuyğunluğa və davam edən danışıqlara buraxdığını qeyd edib.
TASS xəbər agentliyinin məlumatına görə, Simonyan deyib: "Niyə KTMT-dən çıxmırıq? Baxın, biz de-fakto (KTMT-dən) çıxmışıq. Qalanlarına gəldikdə isə, bunu siyasi məqsədəuyğunluğumuza və danışıqlarımıza buraxın".
Eyni zamanda, Simonyan bu yanaşmanı Rusiya əleyhinə mövqenin ifadəsi kimi görmədiyini vurğulayıb.
26 noyabrda Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə bildirib ki, Ermənistanın KTMT-dən rəsmi olaraq çıxması hazırda müzakirə mövzusu deyil.
Daha əvvəl Baş nazir Nikol Paşinyan təşkilatın respublikanın suverenliyinə qarşı təhdidlər yaratdığını əsas gətirərək Yerevanın KTMT-dəki iştirakını dondurduğunu açıqlamışdı. 2024-cü ilin dekabrında o, Ermənistanla KTMT arasındakı münasibətlərin geri dönüş nöqtəsini keçdiyini iddia etmişdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Beynəlxalq Təhlükəsizlik Forumunda ölkənin KTMT-dən mümkün rəsmi çıxma risklərini qiymətləndirdiyini bildirmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz növbəsində belə bir addımın Ermənistanın təhlükəsizliyini gücləndirməyəcəyini və Yerevanın təşkilatda tam iştirakına qayıtmasının vaxt aparacağını bildirib.



Baxış sayı: 13


Bölməyə aid digər xəbərlər
17-11-2025, 14:51 Tarixin dönüş nöqtəsi