Bütün xəbərlər
Ərdoğan əleyhinə yeni partiya qurulur – Keçmiş nazirlərdən gözlənilməz həmlə
Tarix: 02-04-2019 23:57 | Bölmə: Siyasət

“Müxalifət partiyalarının bələdiyyə seçkilərində uğur əldə etməsi, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunu da hərəkətə keçirib”.
Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Fatih Altaylı deyib.
O, keçmiş baş nazirin aktiv siyasətə qayıdacağını və yeni yaranacaq müxalifət partiyasına qatılacağını istisna etməyib.
“Seçkilərin nəticələri yeni siyasi partiyaların yaranmasına yola aça bilər. Davudoğlunun sürətli şəkildə hərəkətə keçəcəyi gələn məlumatlar arasındadır. Bu ay ərzində həmin cəbhədən sürətli həmlələr edilə bilər”.
Politoloq yeni qurulacaq partiyada Davudoğlu ilə yanaşı keçmiş xarici işlər nazirləri Ali Babacan, Mehmet Şimşək, keçmiş daxili işlər naziri Bəşir Atalay, keçmiş idman naziri Suat Kılıç və digər sabiq dövlət rəsmilərinin yer alacağını iddia edib.
Fatih Altaylı yeni siyasi partiyanın rəhbər postuna Davudoğlu və Babacanın daha şanslı namizədlər olduğunu bildirib.




Baxış sayı: 850


Bölməyə aid digər xəbərlər