Bütün xəbərlər
ATƏT: Ukraynadakı seçkilər azad və tam siyasi rəqabət mühitində keçib
Tarix: 01-04-2019 18:57 | Bölmə: Siyasət

                             


"Ukraynada keçirilən prezident seçkilərinin birinci turu rəqabət şəraitində keçib".
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının fəxri sədri İlkka Kanerva seçkilərdə beynəlxalq müşahidəçilər qrupunun nümayəndələrinin mətbuat konfransında bildirib.
“Ukraynadakı seçkilər tam siyasi rəqabət mühitində keçib, seçicilərin böyük rəqəmlərdə özünü büruzə verən geniş seçim imkanı olub”, - deyərək seçkilərə müsbət qiymət verən İ.Kanerva əsas azadlıqlara, ümumiyyətlə, əməl olunduğunu, yəni namizədlərin sərbəst şəkildə rəqabət apara bildiklərini qeyd edib.
ATƏT səsvermə günü qeydə alınan müəyyən pozuntuların ümumi nəticələrə təsir edəcək miqyasda olmadığı qənaətindədir.
Xatırladaq ki, Ukraynada martın 31-də keçirilən prezident seçkilərində protokolların 60 faizini hesablayan Mərkəzi Seçki Komissiyası rəsmi şəkildə seçkilərin ikinci turunun keçiriləcəyini açıqlayıb.



Baxış sayı: 878


Bölməyə aid digər xəbərlər