Bütün xəbərlər
Yıldırım etiraf etdi: İmamoğlu öndədir, amma…
Tarix: 01-04-2019 18:30 | Bölmə: Siyasət

               



Binəli Yıldırım İstanbuldakı keçirilən bələdiyyə seçkisinin son nəticəsi ilə bağlı ilk reaksiyasını verib.
Axar.az xəbər verir ki, o, reaksiyasını AKP-nin İstanbuldakı ofisində jurnalistlərlə görüşü zamanı dilə gətirib.
“İstanbulda sayım davam edir. 14 sandıq daha sayılacaq. Rəqib İmamoğlunun bizdən 25 min daha çox səs aldığı görünür. Aradakı fərqin 10 qatından daha artıq səs ləğv edilib. Bu, önəmli detaldır. Şübhəsiz, Ali Seçki Qurumu üstünlüyü kimə versə, bələdiyyə sədri o olacaq. Biz təbrik etməyi də bilirik, amma prosesin davam etdiyini xatırlatmaqda fayda var”, – deyə o bildirib.



Baxış sayı: 630


Bölməyə aid digər xəbərlər