Bütün xəbərlər
Ərdoğan: Xalq öz iradəsini ifadə etdi
Tarix: 01-04-2019 10:26 | Bölmə: Siyasət

                        

Türkiyədə bələdiyyə seçkiləri demokratik şəraitdə keçdi, xalq öz iradəsini ifadə etdi.
Trend-in məlumatına görə, bunu İstanbulda KİV-lər üçün açıqlamasında ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, o, Ankaraya yollanır və orada "balkon nitqi" ilə çıxış edəcək: "Mən orada seçkilərin nəticələrini şərh edəcəm".
Ərdoğan deyib ki, seçkilərin ilkin nəticələrinə görə Ədalət və İnkişaf Partiyasının (AK Parti) Milli Hərəkat Partiyası (MHP) ilə tandemi irəlidədir.
Türkiyə prezidentinin sözlərinə görə, onun başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası ölkənin müxtəlif hissələrində həm qalib gəlib, həm də məğlub olub: "Bu da, öz növbəsində demokratiyanın göstəricisidir"



Baxış sayı: 568


Bölməyə aid digər xəbərlər