Bütün xəbərlər
Quaydo Maduronun devriləcəyi tarixi elan etdi
Tarix: 28-03-2019 12:11 | Bölmə: Siyasət



Venesuelanın müxalifət lideri Xuan Quaydo Maduro hökumətinin devrilməsi üçün “Azadlıq” əməliyyatı çərçivəsində aprelin 6-da bir sıra taktiki addımların atılacağını elan edib.  
Bu barədə o, “Twitter” səhifəsində yazıb.
“Həmin gün artıq yardım və azadlıq komitələri tam formalaşmış vəziyyətdə olmalıdır, biz hazırlıqlı və yaxşı təşkilatlanmış olmalıyıq”, - deyə X.Quaydo öz hesabında yazıb.
Başqa bir “tvit”ində isə Qauydo venesuelalıları martın 30-da küçələrə axışaraq hakimiyyətin qəsb edilməsinə və sosial qarantların olmamasına etiraz etməyə çağırıb.
“Rejim bizim faciəyə öyrəşməyimizi istəyir, ancaq öz hüquqlarının təmin olunmasını istəyən insanlar var”, - deyə müxalif lider yazıb.
Xatırladaq ki, Venesuelada siyasi-iqtisadi vəziyyət yanvarın 23-dən etibarən kəskinləşib. Belə ki, kütləvi etirazlar fonunda X.Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib.



Baxış sayı: 592


Bölməyə aid digər xəbərlər