Bütün xəbərlər
NATO-nun baş katibi Yuqoslaviyanın 1999-cu ildəki bombardmanını qanuni adlandırıb
Tarix: 27-03-2019 09:03 | Bölmə: Siyasət

                         

                       


NATO-nun Yuqoslaviya İttifaq Respublikasına 1999-cu ildə endirdiyi hava zərbərləri qanuni və haqlı idi.
"Report" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Serbiyanın "Tanjug" agentliyinə müsahibəsində bildirib.
O, qeyd edib ki, bombardmanlar o zamankı Yuqoslaviya xalqına qarşı yönəldilməmişdi və ittifaqın rolu mülki əhalinin müdafiəsindan ibarət idi.
"Bu böhranı nəzərə alaraq, NATO tərəfindən güc tətbiqi lazım idi və qanuni idi. Hədəf Kosovoda mülki əhaliyə qarşı hərbi aksiyaları və repressiyaları dayandırmaq və qaçqınların qayıdışını təmin etməkdən, habelə ora humanitar təşkilatların girişini təmin etməkdən ibarət idi", - deyə o bildirib. 
NATO rəhbəri qeyd edib ki, alyansın qarşısına qoyulan vəzifələr yerinə yetirilib.
O, münaqişənin hər iki tərəfindən itki verən ailələrə başsağlığını ifadə edib.
NATO Yuqoslaviyanı 1999-cu il martın 24-dən bombardman etməyə başlayıb, hərbi əməliyyatlar iyunun 10-da başa çatıb. 



Baxış sayı: 632


Bölməyə aid digər xəbərlər