Bütün xəbərlər
KİV: Britaniyanın Baş naziri istefa verməsi üçün yeni şərt irəli sürüb
Tarix: 25-03-2019 14:51 | Bölmə: Siyasət

                              


                                             

Böyük Britaniyanın Baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyası sıralarındakı “Brexit” (Britaniyanın Avropa İttifaqından çıxması) tərəfdarlarına yeni vəd verib. 
“Report” “TASS”a istinadən bildirir ki, bunu Birtaniya KİV-i yazıb.
Məlumata görə, hökumət başçısı deyib ki, əgər İcmalar Palatası onun layihəsini təsdiqləyərsə, onda baş nazir vəzifəsindən istefa verməyə hazırdır. 
Bildirilib ki, martın 24-də Baş nazir Çekersdəki iqamətgahında Nazirlər Kabinetinin üzvləri ilə görüşüb və onlara istefaya gedəcəyini vəd verib.
Qeyd edək ki, İcmalar Palatası yanvarın 15-i və martın 12-də T.Meyin hazırladığı layihəni təsdiqləməyib. 



Baxış sayı: 606


Bölməyə aid digər xəbərlər