Bütün xəbərlər
Ərdoğan onun namizədliyinə etiraz etdi: Vergidən yayınıb
Tarix: 25-03-2019 00:15 | Bölmə: Siyasət

                          



CHP və İYİ Partiyasının qurduğu "Millət ittifaqı"nın Ankara namizədi Mənsur Yavaş bələdiyyə sədri olmaq potensialına sahib deyil.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, Prezident Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, rəsmi sənədlərdə Mənsur Yavaşın vergidən yayındığı göstərilib:
“Mənsur Yavaşın onsuz seçkidən əvvəl və ya sonra nə olacağı bəlli deyil. Ankarada hazırda qeyri-müəyyənlik içərisindədir. Üstəlik bu adam da vergidən yayınıb. Maliyyə Nazirliyinin qeydlərində bu hal da göstərilib. Saxta sənəd, vergidən yayınma haradan tutsanız əlinizdə qalır. Belə bir insanın Ankara kimi bir yerdə bələdiyyə sədri olması qəbuledilməzdir".



Baxış sayı: 619


Bölməyə aid digər xəbərlər