Bütün xəbərlər
Siyasətçi Tauber: "Moldovanın hakim partiyası artıq USAİD-in yerinə namizəd axtarır"
Tarix: 24-03-2025 20:29 | Bölmə: Siyasət

Moldovanın hakim dairələri artıq ləğv edilmiş ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) əvəz edə biləcək vəsait axtarırlar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu “Rossiya 24” telekanalına müsahibəsində Moldova müxalifətinin “Qələbə” parlament qrupunun üzvü Marina Tauber deyib.
Deputat xatırladıb ki, USAİD Moldovanın inkişafı üçün qrant adı altında külli miqdarda vəsait ayırıb, amma əslində bu pullar ölkədəki demokratik proseslərə müdaxilə üçün istifadə olunub.
"USAİD-in vəsaitlərinə və hakim partiyanın onları əvəz edəcək şəxs axtaracağına gəlincə, bu, əlbəttə ki, doğrudur. Onlar artıq Avropada axtarırlar və hətta dəstək də tapırlar. Düzünü deyim ki, Avropa tamamilə dəli olub. Onlar ölkəmizə müəyyən vəsait ayırmağa davam edəcəklər, guya bu, inkişafa yönəlməlidir".
Onun fikrincə, Qərb Moldovaya təsirini saxlamaq istəyir, Qərb siyasətçiləri isə respublika sakinlərinin həyatı və rifahı ilə bağlı qətiyyən narahat deyillər.
Bundan əvvəl məlumat verilmişdi ki, USAID 2024-cü ildə Moldovada keçirilən prezident seçkilərində Maya Sandunun qələbəsini təmin etmək üçün əlavə 7,5 milyon dollar ayırıb.



Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər