Bütün xəbərlər
İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu həbs edilib
Tarix: 23-03-2025 12:12 | Bölmə: Siyasət

 İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu məhkəmənin qərarı ilə həbs edilib, "A haber" telekanalı xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Məhkəmə Türkiyə prokurorluğunun İstanbul rəhbərinin məhkəməyə qədər həbs-qətimkan tədbiri seçilməsinə dair vəsatətini təmin edib.
Əkrəm İmamoğlu martın 19-da saxlanılıb. Baş Prokurorluq onu korrupsiyada və terrorçularla əməkdaşlıqda ittiham edir. Sonuncu, şəhər meriyasının Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının siyasi qanadı ilə bağladığı bəzi razılaşmalarla bağlı ola bilər.
İmamoğlunun həbsindən sonra İstanbul valiliyi martın 23-dək bütün mitinq və nümayişləri qadağan etmək qərarına gəlib.Buna baxmayaraq, siyasətçinin tərəfdarları küçələrə çıxaraq kütləvi aksiyalar keçirməyə başlayıblar. Türkiyə polisi artıq 323 nəfəri saxlayıb və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin “küçə terroru” təşkil etməyə çalışdığını bildirib.



Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər