Bütün xəbərlər
Ermənistanın iqtisadiyyat naziri Papoyan: "Aİİ-dən çıxmaq məsələsi gündəmdə deyil"
Tarix: 13-01-2025 13:07 | Bölmə: Siyasət

Ölkənin İqtisadiyyat Nazirliyinin rəhbəri Gevorq Papoyan bildirib ki, hökumət Avrasiya İqtisadi İttifaqından çıxmaq məsələsini öz gündəliyinə salmayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Papoyanın qeyd etdiyinə görə, Avropaya inteqrasiya prosesi ayrıca istiqamətdir və ölkənin ittifaqa üzvlüklə bağlı deyil.
"Hazırda Ermənistan Aİİ-nin üzvüdür və hazırda hökumətin Aİİ-dən çıxmaqla bağlı gündəliyi yoxdur", - o deyib.
Nazir vurğulayıb ki, Ermənistan hakimiyyəti dövlətin rəqabət qabiliyyətinin və dayanıqlığının gücləndirilməsinə yönəlib.
Yanvarın əvvəlində Ermənistanın Nazirlər Kabineti qərbyönlü qüvvələrin Avropa İttifaqına qoşulma prosesinə başlamaq üçün təklif etdiyi qanunvericilik təşəbbüsünü təsdiqləyib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk da öz növbəsində Aİ və Aİİ-ni gömrük sərhədlərinin olmaması, malların və işçi qüvvəsinin sərbəst hərəkəti baxımından bir araya sığmayan adlandırıb. Onun sözlərinə görə, Ermənistan təşkilatlar arasında seçim etməli olacaq.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər