Bütün xəbərlər
Lavrov: Rusiya, Türkiyə və İran Suriyada birgə hərbi əməliyyatlar planlaşdırmır
Tarix: 24-02-2019 13:06 | Bölmə: Siyasət

                                      

Suriyada Rusiya, Türkiyə və İranın birgə hərbi əməliyyatları planlaşdırılmır.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Suriya ərazisində Rusiya, Türkiyə və İranın birgə hərbi əməliyyatlarını planlaşdırmırıq", - deyə Lavrov "Vyetnam televiziyası" və Çinin "STV" və "Feniks" telekanallarına Çin və Vyetnama səfəri öncəsi müsahibəsi zamanı söyləyib.
Nazir bildirib ki, Rusiya və İran Suriya ərazisində ərəb respublikası hökumətinin qanuni dəvəti əsasında hərəkət edir göstərir.
"Türkiyə öz təhlükəsizliyi üçün yaranan təhdidlərlə bağlı narahatlıq ifadə edir, Suriya hökuməti isə Türkiyə hərbçilərinin onun ərazisinə daxil olmasına etiraz edir. Bununla belə, o Astana formatının yaradılmasını dəstəklədi. Bu proqmatik qərardır və heç kimin müyəssər olmadığını – Suriya ərazilərinin əksər hissəsində real atəşkəsi və hökumətlə silahlı müxalifət arasında birbaşa dialoqa başlamağı təmin etməyə nail olmaq imkanı verə bilər", - deyə nazir bildirib.



Baxış sayı: 835


Bölməyə aid digər xəbərlər