14:04 / 11-12-2024
Morj xilas edilib
Bütün xəbərlər
Lukaşenko: "Belarus və Rusiya xarici təzyiqlərə baxmayaraq, gücləniblər"
Tarix: 06-12-2024 16:32 | Bölmə: Siyasət

Belarus və Rusiya xarici təzyiqlərə baxmayaraq, güclənib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bunu Belarus lideri Aleksandr Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası zamanı deyib.
Lukaşenko qeyd edib ki, Qərb İttifaq dövlətinin maliyyə sistemini və iqtisadiyyatını məhv edə bilməz.
"Görünməmiş sanksiya təzyiqi şəraitində iqtisadiyyatın baza sektorları qorunub saxlanılıb, maliyyə sistemi pozulmayıb, işsizlik minimum səviyyədədir, vətəndaşların gəlirləri və əmanətləri artır", - Lukaşenko bildirib.
Daha əvvəl bildirilib ki, 2024-cü ilin yanvar-avqust aylarında Rusiya ilə Belarus arasında ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 6% artıb. İttifaq dövlətinin dövlət katibi Dmitri Mezentsevin qeyd etdiyi kimi, ilin sonuna qədər açıq-aşkar artım olacaq.



Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər