Bütün xəbərlər
Putin və Makron Suriyadakı vəziyyəti müzakirə ediblər
Tarix: 17-02-2019 10:40 | Bölmə: Siyasət

                

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Trend-in Kremlin mətbuat-xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danlışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər: "Əsas diqqət Suriyadakı vəziyyətə yönəldilmişdi. Vladimir Putin 14 fevral Soçidə Astana prosesinin qarant dövlətlərinin rəhbərlərinin görüşündə nail olunmuş razılıqlar haqqında məlumat verib. Hər iki tərəf Suriyanın daxili siyasi dialoqunun inkişaf etdirilməsinin vacibliyini qeyd edib, ilk növbədə - Konstitusiya Komitəsinin tez bir zamanda fəaliyyətə başlamasını".
V.Putin və E.Makron bundan əlavə Suriyanın şimal-şərqdə, həmçinin İdlib deeskalasiya zonasındakı vəziyyəti müzakirə ediblər. Rusiya prezidenti silahlıların kimyəvi maddələrin istifadəsi ilə təxribatlar hazırladıqlarını bildirib.



Baxış sayı: 565


Bölməyə aid digər xəbərlər