Bütün xəbərlər
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin növbəti məşğələsi
Tarix: 16-02-2019 02:20 | Bölmə: Siyasət


Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Məktəbi növbəti məşğələsini cənab prezident İlham Əliyevin 1 fevral 2019-cu il tarixində Bakı Konqres mərkəzində keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışından irəli gələn YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin qarşısında duran vəzifələrə həsr edib.
Məşğələdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Mirzəcan Xəlilov, Tahir Mirkişili, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 1-ci müavini Teymur Səmədov, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvləri, Qadınlar Şurası və Gənclər Birliyinin fəalları, ərazi ilk partiya təşkilat sədrləri iştirak etdi. 
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında prezident İlham Əliyevin çıxışından irəli gələn YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvlərinin qarşısında duran vəzifələri gənclərə və tədbir iştirakçılarının diqqətinə çatdırdı. Möhtərəm prezidentimizin proqram xarakterli çıxışında sağlam düşüncəli azərbaycan gəncliyinə təhsilli, peşəkar, milli-mənəvi dəyərlərimizlə tərbiyə olunan vətənpərvər gənclərimizin həm də müasirliyə açıq olmasını tövsiyyə etdiyini bildirən Ramiz Hüseynov prezidentin azərbaycan gəncliyinə inandığını və güvəndiyini xüsusi vurğuladı.
YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin (GB) sədri Elvin Məmmədzadə mövzü ətrafında məruzə ilə çıxış etdi.
Sonra Azərbaycanı BMT səviyyəsində təmsil edən ilk sosial sahibkar, təlimçi, fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Günündə Prezindent İlham Əliyev tərəfindən təltif olunan Sara Rəcəbli, Qarabağ qazisi, Xususi Təyinatlı Qoşunların ehtiyatda olan giziri Eşqin Hüseynov , Sumqayıt Dövlət Universitetinin tələbəsi, YAP Sumqayıt şəhər təşkilatının GB-nin fəalı, toplantının iştirakçısı Tayfun Hacılı, Sumqayıt şəhər poçtamptının şöbə müdiri, toplantı iştirakçısı Nərmin Mehdiyeva və Sumqayıt Gənclər Klubunun təsisçisi və rəhbəri Teymur Aslanlı çıxışlar etdilər. 
Sonda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Mirkişili ölkə prezidentinin həyata keçirdiyi gənclər siyasətinin, azərbaycan gəncliyi qarşısında duran vəzifələri və Sumqayıt gənclərinə yaradılmış şəraitdən ətraflı söz açmışdır.
















Baxış sayı: 1 526


Bölməyə aid digər xəbərlər