Bütün xəbərlər
Tbilisidə parlament seçkilərinin nəticələrinə etiraz aksiyası başa çatıb
Tarix: 28-10-2024 22:38 | Bölmə: Siyasət

Tbilisidə parlament seçkilərindən sonra başlayan etiraz aksiyası başa çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Gürcüstanda parlament seçkilərinin nəticələrinə qarşı çıxan ölkənin müxalifət partiyalarının etiraz aksiyasının başa çatdığı elan edilib. Onların tələbləri arasında təkrar səsvermə də var.
Yerli KİV-in məlumatına görə, müxalifət yenidən səsvermə tələbini təkrarlayıb və yeni parlamenti boykot edəcəyinə söz verib. Bundan sonra Gürcüstanın və Avropa İttifaqının himnləri səsləndirilib və insanlar dağılışmağa başlayıb.
Tbilisidə etirazlar hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrinə yekun vurulduqdan sonra başlayıb. Fraksiya Rusiya Federasiyası ilə münasibətlərin saxlanmasının tərəfdarıdır və anti-Rusiya sanksiyalarına qarşıdır.




Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər