Bütün xəbərlər
Varşava sammiti başladı: 60 ölkə bir arada...
Tarix: 14-02-2019 01:43 | Bölmə: Siyasət

                             



Polşanın paytaxtı Varşavaya Yaxın Şərqdə sülhə dair beynəlxalq konfransda iştirak etmək üçün 60 ölkədən nümayəndə toplaşıb.
Axar.az xəbər verir ki, Varşavada bu gün işə başlayan konfransa Avropa Birliyinə üzv dövlətlərin hamısı qatılıb. Böyük Britaniyanı konfransda Xarici İşlər naziri Ceremi Hant, ABŞ-ı vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeo, İsrail Baş naziri Benyamin Netanyahu təmsil edir.
Yaxın Şərq regionundan 10, o cümlədən BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir kimi ölkələr konfransda təmsil olunur. Lakin İran, Türkiyə, Rusiya, Fələstin və Çin nümayəndələri tədbirə qatılmayıblar.
Fevralın 14-də yekun vurulacaq konfransda əsasən Suriyada, Yəməndə baş verən hadisələr, İsrail-Fələstin münaqişəsi və regionda humanitar vəziyyət müzakirə olunacaq.



Baxış sayı: 617


Bölməyə aid digər xəbərlər