Bütün xəbərlər
Lavrov: "Rusiya ordusunun döyüş qabiliyyətinin artırılmasında Maliyə kömək etməyə davam edəcək"
Tarix: 01-08-2024 17:46 | Bölmə: Siyasət

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mali xarici işlər naziri Abdoulaye Diop ilə telefon danışığı zamanı bildirib ki, Rusiya öz silahlı qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında Maliyə dəstəyini davam etdirmək niyyətindədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dialoqun yekunu üzrə Rusiya diplomatik departamentindən verilən mesajda qeyd edilir ki, Moskva kəskin sosial-iqtisadi problemlərin həlli, habelə milli silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması üçün Bamakoya lazımi yardım göstərməyə hazırdır.
Rusiya Federasiyası həmçinin terror təhlükələri ilə mübarizə aparmaq üçün hərbi personalın və hüquq-mühafizə orqanlarının əməkdaşlarının hazırlanmasına dəstək verəcək.
Qeyd olunur ki, nazirlər arasında telefon danışığı Malinin təşəbbüsü ilə baş tutub.



Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər