Bütün xəbərlər
Rusiyada mühakimə olunan ABŞ hərbçisi evdə cəzalandırıla bilər
Tarix: 31-07-2024 13:25 | Bölmə: Siyasət

Rusiyada oğurluq və qətllə hədələməkdə təqsirli bilinən amerikalı əsgər Qordon Blek vətəninə qayıdarsa, ABŞ-da mühakimə oluna bilər, "Reuters" xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin məlumatına görə, 34 yaşlı baş çavuş icazəsiz Çindən keçərək Rusiyaya gedərək bir sıra ordu qaydalarını pozub. Bundan əlavə, o, ABŞ silahlı qüvvələrinin sıralarında qadağan olunmuş nikahdankənar əlaqədə olub. Söhbət Cənubi Koreyada xidmət edərkən tanış olduğu rusiyalı Aleksandra Vaşçukdan gedir.
“Blek Birləşmiş Ştatlara qayıdanda çox güman ki, bunun nəticələri

olacaq ... Beləliklə, Ordu pis davranışı cəzalandırmaq baxımından düzgün olanı edəcək”, - ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi anonimlik şərti ilə agentliyə bildirib.
O da məlum olub ki, may ayında ABŞ ordusu Blekə maaş və mənzil pulunu ödəməyi dayandırıb.



Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər