Bütün xəbərlər
Kiçik Kennedi prezidentliyə namizədi açıq səsvermə yolu ilə seçməyə çağırıb
Tarix: 22-07-2024 09:43 | Bölmə: Siyasət

Əvvəllər ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətini açıqlayan kiçik Robert Kennedi açıq səsvermə yolu ilə Demokratlar Partiyasından ən yüksək hökumət postuna yeni namizədin seçilməsinin zəruri olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “mən Demokrat Partiyasını demokratiyaya olan ənənəvi öhdəliyinə qayıtmağa və bunu açıq proses vasitəsilə nümayiş etdirməyə çağırıram”, - o, sosial şəbəkədəki X səhifəsində bildirib.
Kiçik Kennedi bildirib ki, partiya respublikaçı Donald Trampı məğlub etmək şansı ən yüksək olan namizədi müəyyən etmək üçün neytral sorğulardan istifadə etməlidir.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden ikinci müddətə namizədliyini irəli sürməyəcəyini açıqlamışdı. Amerika lideri vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib.



Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər