Bütün xəbərlər
Ermənistan ABŞ-la münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa hazırdır
Tarix: 04-07-2024 11:26 | Bölmə: Siyasət

Ermənistan ABŞ-la münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltməyə hazırdır, deyə, respublikanın baş naziri Nikola Paşinyan bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Paşinyan ABŞ prezidenti Co Baydenə ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik göndərib.
O, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi öhdəliyini qeyd edib ki, bu da “Ermənistan və ABŞ arasında strateji dialoqun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi konsepsiyasında öz əksini tapıb”.
İyunun 11-də İrəvanda keçirilən strateji dialoq görüşü çərçivəsində Ermənistan və ABŞ hökumətləri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı anlaşma memorandumunun bağlanması barədə razılığa gəliblər.



Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər