Bütün xəbərlər
Pxenyan Putini portretləri və salamlama şüarları ilə qarşılayacaq
Tarix: 18-06-2024 10:43 | Bölmə: Siyasət

Pxenyanda Rusiya nümayəndə heyətini Rusiya Federasiyasının və KXDR-in bayraqları, həmçinin Rusiya prezidenti Vladimir Putinin portretləri ilə qarşılayırlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti-nin müxbirinin verdiyi məlumata görə, Pxenyan hava limanı Rusiya liderini rus və koreya dillərində qarşılama yazıları ilə qarşılayacaq.
Aeroportun binasındakı plakatlarda “Yaşasın sarsılmaz Koreya-Rusiya dostluğu və birliyi!”, “Rusiya Federasiyasının Prezidenti yoldaş Vladimir Vladimiroviç Putini hərarətlə salamlayırıq” yazılıb.
Həmçinin qeyd edilir ki, hava limanından yolun müxtəlif tərəflərində Rusiya və KXDR bayraqları, Putinin portretləri və qarşılama şüarları var. Bundan başqa, Pxenyan küçələrində də ölkələrin bayraqları dayanıb.
Xatırladaq ki, Rusiya prezidenti iyunun 18-19-da KXDR-ə dövlət səfərində olacaq və bundan sonra ölkə başçıları hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalaya bilərlər.


Baxış sayı: 228


Bölməyə aid digər xəbərlər