Bütün xəbərlər
Sloveniya Fələstini tanımaq qərarına gəlib
Tarix: 30-05-2024 20:20 | Bölmə: Siyasət

Sloveniya hökuməti Fələstini müstəqil dövlət kimi tanıyıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə cümə axşamı Respublika Xarici İşlər Nazirliyinin nümayəndələri məlumat veriblər.
Sloveniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bununla bağlı qərar ölkənin Milli Assambleyasına təqdim edilib.
Mayın 28-də İspaniya, Norveç və İrlandiya Fələstini rəsmi olaraq tanıdıqlarını elan etdilər.
Bu gün BMT-nin 193 ölkəsindən 140-dan çoxu Fələstin dövlətçiliyini tanıyır. Onların arasında Rusiya da var.
Bundan əvvəl Fələstinin müstəqilliyinin tezliklə Portuqaliya, Belçika və Lüksemburq tərəfindən də tanınacağı bildirilmişdi.


Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər