Bütün xəbərlər
Lavrov: “Taliban”ın terrorçular siyahısından çıxarılması ideyası reallığı əks etdirir"
Tarix: 27-05-2024 15:31 | Bölmə: Siyasət

Terror təşkilatı statusunun Taliban hərəkatından (Rusiya Federasiyasında qadağan olunmuş) mümkün çıxarılması təşəbbüsü obyektiv reallığı əks etdirir, bu, onun dərk edilməsi prosesidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Diplomat Əfqanıstanda real hakimiyyətin Talibanın əlində olduğuna və bu ölkənin Rusiyaya biganə olmadığını diqqətə çatdırıb.
“Taliban” (Rusiya Federasiyasında qadağandır) Rusiyada 2003-cü ilin fevralından Ali Məhkəmənin qərarı ilə qadağan edilib.
Bazar ertəsi səhər saatlarında Rusiya Federasiyası Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi dövlət başçısı Vladimir Putinə Taliban hərəkatının (Rusiya Federasiyasında qadağan olunmuş) qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat verib. Bu, tanınmazdan əvvəl məcburi prosedurdur, Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib.



Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər