Bütün xəbərlər
Ermənistan müxalifəti Paşinyana qarşı impiçment proseduruna başlayır
Tarix: 09-05-2024 22:48 | Bölmə: Siyasət

Etirazçılar parlamentdə impiçment yolu ilə Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edəcəklər, bunu “Vətən adına Tavuş” müxalifət hərəkatının lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “biz onu buna məcbur edəcəyik” deyən Qalstanyan, Paşinyanın müxalifətin istefa tələbinə məhəl qoymadığını qeyd edib.
Etiraz liderinin sözlərinə görə, o, bu məsələ ilə bağlı parlamentin hər üç fraksiyasının nümayəndələri ilə məsləhətləşmək niyyətindədir. Bundan əlavə, ölkədə vətəndaş itaətsizliyi aksiyaları keçiriləcək.
Aksiya iştirakçıları Azərbaycanla sərhədin delimitasiyası prosesinə son qoyulmasını tələb edirlər.
İrəvanın Respublika meydanında keçirilən mitinqə minlərlə insan gəlib. Toplananlar şüarlar səsləndirir, bayraqlar tuturlar. Meydanda müxalifət liderlərinin çıxış edəcəyi səhnə var.



Baxış sayı: 275


Bölməyə aid digər xəbərlər